II Beynəlxalq onlayn “Təhsil” kubokunda (U17, blitz) iştirak etmək istəyən şahmatçılarımızın nəzərinə!
Bildiyiniz kimi, II Beynəlxalq onlayn “Təhsil” kuboku 2 mərhələ üzrə keçirilir: Seçmə və final mərhələsi. Seçmə mərhələ 7 mayda, final mərhələsi isə 8 mayda baş tutacaq. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində oynamaq hüququna sahibdir.
Bu yarışda şahmatçılarımız üçün say limiti nəzərdə tutulmur, lakin şahmatçılarımız aşağıdakı meyarlar üzrə yarışa buraxılır:
• Dünya və Avropa birinciliklərinin medalçıları və ya mükafatçıları;
• Azərbaycan birinciliklərinin medalçıları;
• Beynəlxalq reytinqi 1700-dən yuxarı olan şahmatçılar;
Yuxarıda göstərilən tələbləri ödəyən şahmatçılarımız yarışın internet səhifəsində (https://www.itc2021.tehsilchess.az/) “Registration” menyusa daxil olub qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Yuxarıda göstərilən tələbləri ödəməyən şahmatçılar isə 6 may 2021-ci il tarixində keçiriləcək əlavə milli seçmə mərhələdə iştirak edə bilərlər. Bu yarış II Beynəlxalq onlayn “Təhsil” kuboka vəsiqə üçün yaradılmış əlavə fürsətdir. Yarış linki: https://tornelo.com/…/events/lav-milli-secm-m-rh-l/lobby. Burada ilk 20 yeri tutmuş şahmatçılar 7 mayda keçiriləcək seçmə mərhələdə oynamaq imkanı əldə edəcək.
Torneloda qeydiyyatdan keçərkən ad-soyadınız FIDE profilində olduğu kimi (ingilis dilində) yazıldığından, məlumatlarınızın dəqiqliyindən əmin olun.
Əgər Tornelo-da oyun təcrübəniz yoxdursa 5 may saat 18:00-da keçiriləcək test yarışında iştirak edə bilərsiniz. Yarış linki: https://tornelo.com/…/test-tournament-ii…/summary
Post Views:
419